Bakıda bayram günü 238 nəfəri xəstəxanalara yeləşdirilib
Bakıda bayram günü tibb müəssisələrinə 2660 çağırış daxil olub, onlardan 238 nəfəri paytaxt xəstəxanalarına yerləşdirilib.
Bu barədə Qazet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir.
Qeyd olunub ki, bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb: "Belə ki, 2022-ci il dekabrın 30-da ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, dekabrın 31-də isə ümumi çağırış sayı 2 660, hospital olunanların sayı 238 olub. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır".