Bakı 27˚C Mostly sunny

Bakıda binada qaz sızması olub, sakinlər təxliyyə edilib

Hadisə 23:51 11 yan, 2023
Bakıda binada qaz sızması olub, sakinlər təxliyyə edilib

Paytaxtın Nəsimi rayonunda mənzildə qaz sızması olub.

Qazet.az xəbər verir ki, hadisə 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsindəki 16 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb edilib.

Əraziyə eyni zamanda təcili tibbi yardım briqadaları cəlb edilib.

FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.