Bakı 27˚C Windy

Bakıda "BMW"lər toqquşdu - Xəsarət alanlar var - FOTO

Hadisə 18:50 13 dek, 2021

Avtomobillərə ciddi ziyan dəyib

Bakıda "BMW"lər toqquşdu <span style="color:red">- Xəsarət alanlar var - FOTO</span>

Bakıda ağır yol qəzası baş verib.

Qazet.az APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya faktı təsdiqləyib və bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.