Bakı 15˚C Mostly sunny

Bakıda bu küçə təmir edilib

Cəmiyyət 15:55 14 noy, 2022
Bakıda bu küçə təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsini əsaslı təmir edib.

Qazet.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, uzunluğu 500, eni ortalama 12 metr olan adıçəkilən hissənin təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenilənib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Bu zaman 10 313 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2 350 kvadratmetr sahəsi asfaltlanıb, əraziyə 2 312 p/m yeni səki daşları düzülüb.

Eyni zamanda küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunub.