Bakıda bu küçə təmir edilir
Cəmiyyət
16:10 11 noy, 2022
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin Hətəm Allahverdiyev küçəsini təmir edir.
Qazet.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Ötən il Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.