Bakıda Çingiz Aytmatovun xatirəsi əbədiləşdiriləcək
Maraqlı
17:48 21 dek, 2021
Bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib
Gələn il Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılışı olacaq.
Qazet.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Bakı küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi ilk növbədə bizim niyyətimizdir. Azərbaycan tərəfi buna razılıq verib, lakin bu barədə danışıqlar hələ tam yekunlaşmayıb” - deyə diplomat vurğulayıb.