Bakıda daha 5 ağac qanunsuz kəsilib
Cəmiyyət
19:33 24 yan, 2022
Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır

Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Qazet.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib:
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır”.