Bakı 5˚C Mostly cloudy

Bakıda daha bir dəhşətli yol qəzası – ÖLƏN VAR

Hadisə 14:39 12 yan, 2022

 Ağır xəsarət alan 31 yaşlı Anar hadisə yerində ölüb

Bakıda daha bir dəhşətli yol qəzası – ÖLƏN VAR

Bakı şəhər Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.

Qazet.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Nəcəfli Elvin Xanlar oğlu Zabrat-Kürdəxanı yolunda sürdüyü avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil piyada, Zərdab rayon sakini, 1991-ci il təvəllüdlü Əhmədov Anar Maarif oğlunu vurub. Ağır xəsarət alan 31 yaşlı Anar hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb, hadisəni törədən sürücü saxlanılıb.

Qeyd edək ki, ötən gün Xəzər rayonunda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.