Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Cəmiyyət
16:07 22 okt, 2021
Məktəbin fəaliyyəti distant təhsil formasında davam edəcək
Bakıda 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Qazet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mediyaya məlumata verilib. Məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.