Bakı 12˚C Sunny

Bakıda daha bir məktəbdə əyani tədris bərpa olunub

Cəmiyyət 11:43 13 dek, 2021

Məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb

Bakıda daha bir məktəbdə əyani tədris bərpa olunub

Bakının 202 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə Qazet.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - idarədən bildirilib.