Bakıda daha iki məktəbdə əyani tədris bərpa edildi
Gündəm
11:48 16 dek, 2021
35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı şəhəri üzrə Təhsil idarəsindən Qazet.az-a verilən xəbərə görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.