Bakı 6˚C Intermittent clouds

Bakıda dəhşətli hadisə

Hadisə 11:11 23 yan, 2022

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır

Bakıda dəhşətli hadisə

Bakıda avtomobil ana və azyaşlıların qanına qəltan etdi.

Qazet.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.(report)