Bakı 9˚C Windy

Bakıda dəhşətli hadisə - 3 NƏFƏR ÖLDÜ

Hadisə 12:28 19 yan, 2022

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır

Bakıda dəhşətli hadisə -<span style="color:red"> 3 NƏFƏR ÖLDÜ</span>

Bakıda ağır yol qəzası baş verib.

Qazet.az xəbər verir ki, saat 07 radələrində Bəqədi rayonu, Binəqədi şosesində 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili ilə 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.