Bakı 26˚C Mostly cloudy w/ showers

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var

Hadisə 12:36 02 noy, 2021

“Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil verilib

Bakıda dəhşətli qəza: <span style="color:red">Ölən və xəsarət alanlar var</span>

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Qazet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda “Ford” markalı yük maşını “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan iki nəfəri və şəxsiyyəti naməlum qalan bir nəfərin meyitini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.