Bakıda əlbəyaxa dava: Xəsarət alan var
Hadisə
13:55 28 dek, 2021
Faktla bağlı araşdırma aparılır
Bakının Nizami rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
2004-cü il təvəllüdlü Əliyev Adil Adəm oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.