Bakı 15˚C Cloudy

Bakıda ən yaxşı və ən pis hava bu ərazilərdədir - VİDEO

Gündəm 17:56 23 may, 2022

Bakıda monitorinq keçirilib

Bakıda ən yaxşı və ən pis hava bu ərazilərdədir -<span style="color:red"> VİDEO</span>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirib.

Qazet.az xəbər verir ki, monitorinq əsasən səyyar laboratoriya və avtomatik stansiyalar vasitəsi ilə aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova "Xəzər Xəbər"ə deyib ki, monitorinq zamanı Bakıda ən yaxşı hava keyfiyyətinin hansı ərazilərdə olduğu müəyyən edilib.

Onun sözlərinə görə, monitorinq zamanı ən pis hava keyfiyyəti Bakının Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov, Yasamal rayonlarında müəyyən edilib. Buna səbəb kimi isə həmin prospekt və iri küçələrdə avtomobillərdən daha çox istifadə edilməsi göstərilir. Ən yaxşı hava isə Səbail Xəzər rayonlarında qeydə alınıb.