Bakı 19˚C Partly sunny

Bakıda ərəb turist bıçaqlandı

Hadisə 11:43 08 dek, 2021

Hadisə Səbail rayonunda qeydə alınıb

Bakıda ərəb turist bıçaqlandı

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

Qazet.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: Report