Bakıda evdən 9500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Hadisə
15:40 12 yan, 2022
Hazırda araşdırma aparılır
![Bakıda evdən 9500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb](https://qazet.az/resized/fit900x500/center/pages/48584/b3d621ed-41ea-43e6-9ffc-964c26fc8117.jpeg)
Bakıda evdən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini K.İsabəyli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.