Bakıda evlərdən və avtomobildən 27 min manatlıq oğurluq edilib
Şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılıb
![Bakıda evlərdən və avtomobildən 27 min manatlıq oğurluq edilib](https://qazet.az/resized/fit900x500/center/pages/26312/a94b6f8b-9613-4e8c-a5a7-94662502a90d.jpeg)
Bakıda evlərdən və avtomobildən oğurluq edən şəxslər tutulub.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisində bir avtomobildən 3 000 manat pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılıb.
Eyni zamanda Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 3 750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.