Bakı 27˚C Sunny

Bakıda fərdi yaşayış evində yanğın baş verib

Hadisə 23:16 29 noy, 2022
Bakıda fərdi yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN Mətbuat xidmətinindən Qazet.az-a bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.