Bakı 8˚C Sunny

Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - VİDEO

Hadisə 19:19 11 yan, 2022

Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib

Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - VİDEO

Bakıda "Gelandewagen" idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: "Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!".

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.