Bakı 13˚C Mostly sunny

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

Hadisə 11:32 08 dek, 2021

Hadisənin təfərrüatı araşdırılır

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır.