Bakıda gənc oğlan ailə münaqişəsi zəminində özünə çoxsaylı bıçaq zərbələri vurub
Hadisə
01:40 06 yan, 2023
![Bakıda gənc oğlan ailə münaqişəsi zəminində özünə çoxsaylı bıçaq zərbələri vurub](https://qazet.az/resized/fit900x500/center/pages/138572/48621af7-cc76-39e3-b928-235c4c4ea308-850.jpg)
Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində 25 yaşlı gənc oğlan özünə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Qazet.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü V. İsmayılov özünə bıçaqla xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
V. İsmayılov bildirib ki, o ailə münaqişəsi zamanı əsəbləşdiyindən özünə xəsarət yetirib.
Hadisənin təfərrüatı araşdırılır.