Bakı 10˚C Windy

Bakıda gənc oğlan özünü dənizə atıb

Hadisə 23:34 01 yan, 2023
Bakıda gənc oğlan özünü dənizə atıb

Səbail rayonunda intihara cəhd qeydə alınıb.

Qazet.az xəbər verir ki, hadisə Bakı Dəniz Vağzalının ərazisində qeydə alınıb.
 

Belə ki, 2000-ci il təvəllüdlü Nəzərov Tural Şahin oğlu intihar etmək üçün özünü dənizə atıb.

Lakin o, ətrafdakıların və sahilyanı ərazidə xidmət aparan xilasetmə xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun həyatını xilas edə bilib.