Bakıda gənc qız babasını bıçaqlayıb
Hadisə
16:22 29 dek, 2021
Yaralı sinəsindən və əlində xəsarətlər alıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, Binəqədi rayon ərazisində 20 yaşlı S.N. (ad şərtidir) babası 75 yaşlı T.N.-ni (ad şərtidir) bıçaqlayıb.
Sinəsindən və əlində xəsarətlər almış yaralının vəziyyəti normaldır.