Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
Hadisə
06:26 24 dek, 2022
Bakının Nərimanov rayonunda 17 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Qazet.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Həsənli Lamiyə Sulduz qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.