Bakı 6˚C Sunny

Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb olub

Cəmiyyət 11:07 11 noy, 2021

Xəsarət alanlardan 1-nə yerində yardım edilib

Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb olub

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Qazet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.