Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın - VİDEO
Hadisə
11:15 16 dek, 2021
Hadisə zamanı avtobusda sərnişin olmayıb

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Natiq Abdullayevin idarə etdiyi "Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib.
Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib.
Sürücü Natiq Abdullayev bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.
Fakt araşdırılır.