Bakıda "Hyundai" yanıb
Hadisə
02:48 25 noy, 2022

Bakı şəhərinin Binəqədi rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, rayonda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.