Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək
Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək.
Qazet.az-ın məlumatına görə, festival 11-15 yanvar 2023-cü il tarixlərində "Çapar yayınları"nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq.
Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edəcək. Müəllif masaları və uşaqlar üçün masterklaslar festivala rəng qatacaq.
"I Turan Kitab Festivalı"nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.
Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab şölənində zamanınızı səmərəli keçirməyə kömək edəcək.
Qeyd edək ki, “Pasaj-1901” sərgi salonunda olacaq festivala giriş sərbəstdir.