Bakı 19˚C Mostly sunny

Bakıda iki avtomobil toqquşdu, biri yandı - VİDEO

Hadisə 11:26 20 dek, 2021

Qəza zamanı "Mercedes”də yanğın baş verib

Bakıda iki avtomobil toqquşdu, biri yandı - VİDEO

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəqani və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

"Haval” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirdiyindən "Mercedes” markalı maşınla toqquşub. Zərbənin təsirindən "Haval” işıq dirəyinə çırpılıb.

Qəza zamanı "Mercedes”də yanğın baş verib. Əraziyə FHN-nin DYMX-nın əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.