Bakı 14˚C Sunny

Bakıda iki bacını avtomobil vurub

Hadisə 01:12 30 noy, 2022
Bakıda iki bacını avtomobil vurub

Bakının Xətai rayonunda iki bacının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Əmirova Aynura Ramiz qızı və bacısı, 1984-cü il təvəllüdlü Əsgərova Könül Ramiz qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.