Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb
Hadisə
18:17 02 okt, 2021
Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb
Bakıda istixanada oğurluq hadisəsi olub.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsi ərazisindəki istixanaların birindən 8 min manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.