Bakıda kişi arvadını bıçaqlayıb
Hadisə
12:38 07 yan, 2023
![Bakıda kişi arvadını bıçaqlayıb](https://qazet.az/resized/fit900x500/center/pages/139019/63b907ee907f963b907ee907fb1673070574e3dc1f6730aef1ab98a81b21865fe34a.jpg)
Bakıda kişi arvadını bıçaqlayıb.
Qazet.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Rəfail Çapar oğlu kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Quliyeva Xalidə Aslan qızını qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib. Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.