Bakıda kişi arvadının başını kəsdi, oğlunu da yaraladı
Hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb
Abşeron rayonunda qətl hadisəsi olub.
Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.
Abşeron Rayon Prokurorluğu faktı təsdiqləyib.