Bakıda kişi qonşusunu evində bıçaqlayıb pulunu aldı
Hadisə
16:42 24 yan, 2022
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə yanvarın 23-də saat 03:00 radələrində 3-cü Alatava yaşayış sahəsində yaşayan N.Əhmədova evində bıçaqla xəsarət yetirilməsi və pulunun alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qonşusu Ə.Əlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.