Bakı 7˚C Mostly cloudy

Bakıda kişi xəsarət aldı

Gündəm 11:51 09 yan, 2023
Bakıda kişi xəsarət aldı

Ötən gün gecə saatlarından başlayan qarlı hava şəraiti səbəbindən insanlar səkilərdə hərəkət zamanı çətinliklər yaşayırlar. Son məlumata görə, hava şəraiti ilə bağlı 1 nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə medianın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində 73 yaşlı 1 kişi yıxılıb. Hadisə nəticəsində o, bud-çanaq oynağı travması ilə hospitalizasiya olunub.