Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb
Gündəm
12:24 10 noy, 2021
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb
Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri Təhsil İdarəsindən Qazet.az-a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.