Bakıda koronavirusun ən çox yayıldığı ərazilər açıqlanıb
Gündəm
12:35 04 okt, 2021
Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.
Qazet.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,2 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.