Bakıda körpəsini həyətə tullayan şəxsə 11 il 3 ay həbs cəzası verilib
Bakıda bir yaşlı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Samir Ağakərimova hökm oxunub və o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qazet.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.