Bakı 4˚C Intermittent clouds

Bakıda kürəkənini güllələyən şəxsə hökm oxunub

Hadisə 13:33 22 dek, 2021

aktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb

Bakıda kürəkənini güllələyən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qazet.az Report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 13-də Xəzər rayonu ərazisində baş verib.

Belə ki, 59 yaşlı A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni, 35 yaşlı Rəşad Məmmədovu qətlə yetirib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra A.Cəfərov saxlanılıb.