Bakı 22˚C Sunny

Bakıda kütləvi dava: 19 və 17 yaşlı qardaşlar ölümcül bıçaqlanıb

Hadisə 12:13 13 dek, 2021

Qardaşlardan birinin vəziyyəti kritik olduğundan dərhal əməliyyata götürülüb

Bakıda kütləvi dava: <span style="color:red">19 və 17 yaşlı qardaşlar ölümcül bıçaqlanıb</span>

Bakıda kütləvi dava olub.

Qazet.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Hadisə nəticəsində qəsəbə sakinləri Soltanov Bəxtiyar İxtiyar oğlu və Soltanov Şəhriyar İxtiyar oğlu ağır bıçaqlanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, 2002-ci il təvəllüdlü Soltanov Şəhriyar İxtiyar oğlu və qardaşı,
2004-cü il təvəllüdlü Soltanov Bəxtiyar İxtiyar oğlu bədənin müxtəlif istiqamətlərinin kəsilmiş-deşilmiş yaraları ilə mərkəzə daxil olub.

Qardaşlardan birinin vəziyyəti kritik olduğundan dərhal əməliyyata götürülüb.