Bakıda lisey koronavirusa görə bağlanıb
Gündəm
19:20 12 noy, 2021
Təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb
Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.
Qazet.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyi bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.