Bakıda maşındakı yanğın binaya keçdi
Gündəm
20:33 03 okt, 2022

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qazet.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.
Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.