Bakı 5˚C Mostly cloudy

Bakıda Mehmet Akif Ərsoyun anım tədbiri keçirilib

Siyasət 18:11 12 mar, 2022

Tədbir Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilib

Bakıda Mehmet Akif Ərsoyun anım tədbiri keçirilib

Türkiyənin himni olan İstiqlal Marşının qəbul edilməsinin 101-ci ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin milli şairi Mehmet Akif Ərsoyun anım tədbiri keçirilib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tədbir Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehmet Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. O, Osmanlı dövlətinin tənəzzülü dövründə vətənin işğalçılar tərəfindən zəbt edilməsindən sonra Anadoluya keçərək xalqı istiqlal savaşı üçün ruhlandırıb və böyük işlər görüb. 1963-cü ildə vəfat edən şair Türkiyənin dövlət himninin - İstiqlal Marşının müəllifidir.