Bakı 22˚C Mostly sunny

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlanıb

Cəmiyyət 12:14 22 dek, 2021

764 nəfər tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlanıb

Bu il Bakı şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə Qazet.az-a sözügedən idarədən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.