Bakı 20˚C Mostly cloudy

Bakıda məşhur restoran söküldü - Qanunsuz tikilibmiş...

Cəmiyyət 19:35 29 iyn, 2022

Restoran 5 ildən çox idi ki, fəaliyyət göstərirdi

Bakıda məşhur restoran söküldü - Qanunsuz tikilibmiş...

Xəzər dənizi sahilində illər əvvəl qanunsuz olaraq tikilən hasarların və iaşə obyektlərinin söküntü işləri aparılır.

Qazet.az xəbər verir ki, bu barədə “Baku TV” məlumat yayıb.

Bildirilir ki, bu gün Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahil boyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər də sökülür. Belə ki, illərdir fəaliyyət göstərən çimərlikdən bir neçə metr məsafədə yerləşən məşhur “Sherlock’s” restoranı artıq sökülüb.

Qeyd edək ki, restoran 5 ildən çox idi ki, fəaliyyət göstərirdi.