Bakı 2˚C Mostly cloudy

Bakıda mikroavtobus dəhşətli qəzaya düşdü - ÖLƏN VƏ YARALANAN VAR

Hadisə 14:43 30 dek, 2021

20 yaşlı Əlinin həyatını xilas etmək mümkün olmayıb

Bakıda mikroavtobus dəhşətli qəzaya düşdü - ÖLƏN VƏ YARALANAN VAR

Bakı şəhər Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

Qazet.az xəbər verir ki, Ələt qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Cəmşid İsmayılovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü Rövşən Əliyevin sürdüyü “VAZ 2105” toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2001-ci il əvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Akifə Qəhrəmanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin 20 yaşlı Əlinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.