Bakı 10˚C Sunny

Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub

Hadisə 11:19 08 okt, 2022
Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub

Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5405 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.