Bakıda minik avtomobili qəza törədib, ölən var
Hadisə
20:05 22 dek, 2022
![Bakıda minik avtomobili qəza törədib, ölən var](https://qazet.az/resized/fit900x500/center/pages/134426/a7adda11-f588-3091-a0bf-54af358e77b8-850.jpg)
Bakıda minik avtomobili qəza törədib, ölən var.
Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, içərisində 1 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili yol kənarında maneəyə çırpılıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.